Pakistanda məktəbdə faciə: 20 şagird və bir müəllim həlak olub
Pakistanın Pişəvər şəhərinin Dir-Koloni rayonunda fəaliyyət göstərən özəl təhsil müəssisəsinin damının uçması ağır faciəyə səbəb olub. Hadisə nəticəsində 20-si şagird və biri müəllim olmaqla, ən azı 21 nəfər həyatını itirib.
Liderxeber.az xəbər verir ki, bu barədə məlumatı "Dawn" nəşri yayıb.
Məlumata görə, həlak olan şagirdlərin böyük qismi 13 yaşlı uşaqlardır. Mövcud vəziyyətlə əlaqədar olaraq fövqəladə hal elan olunub.
Həmçinin bildirilir ki, hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan 30-dan çox insan xəstəxanaya yerləşdirilib.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
30 yanvar 2025, Cümə axşamı
Tənqidi təfəkkürə sahib olmaq niyə vacibdir? - "Kurikulumlarda ciddi problem var"
