Pressa.az » Dünya » “Ya tələblərimizi qəbul edin, ya da cəhənnəm atəşinə şahid olun” - ABŞ-yə xəbərdarlıq

“Ya tələblərimizi qəbul edin, ya da cəhənnəm atəşinə şahid olun” - ABŞ-yə xəbərdarlıq

09 noyabr 2026, Bazar ertəsi, 09:13
“Ya tələblərimizi qəbul edin, ya da cəhənnəm atəşinə şahid olun” - ABŞ-yə xəbərdarlıq

“İndi seçim etmək növbəsi Ağ Evindir”.

Liderxeber.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

O, ABŞ-də keçirilən aralıq seçkilərdən sonra Vaşinqtona xəbərdarlıq edərək, Tehranın müharibəyə son qoymaq üçün təqdim etdiyi “iki günlük təklif” planının hələ də masada olduğunu bildirib.

Xarici siyasət idarəsinin rəhbəri Ağ Ev administrasiyasını diplomatik həll yolunu seçməyə çağırıb: “Amerika seçiciləri öz seçimini etdi. İndi seçim etmək növbəsi Ağ Evindir. Bizim “iki günlük təklifimiz” masadadır.

Müharibənin bütün cəbhələrdə dayandırılması da daxil olmaqla, tələblərimizi qəbul edin və nəticəsini görün. Ya da müharibəni seçin və ayıq, döyüş təcrübəsi olan döyüşçülərimizin sizə necə cəhənnəm atəşi yağdıracağına şahid olun”.