Rusiya və İran gömrük rüsumlarını ləğv edir
Rusiya və İran 2024-cü ilin mart ayına qədər iki ölkədən idxal olunan mallar üçün rüsumları aradan qaldırmağa razılaşıblar.
LiderXəbər-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə İran-Rusiya Birgə Ticarət Palatasının üzvü Kambiz Merkazemi bildirib.
“İran və Avrasiya ölkələri arasında münasibətlərin kommersiya inkişafı ilə əlaqədar olaraq, operatorların gömrük, tariflər və rəqabətli bazar sahəsində problemləri ilin sonuna kimi həll olunacaq”, - deyə bildirilib.
O, belə problemlərin həllinin milli valyutalarda hesablaşmalar, həmçinin azad ticarət və İranın Rusiya, Ermənistan və Belarusla gömrük sərhədlərinin açılması olduğunu izah edib.
Merkazemi həmçinin qeyd edib ki, azad ticarət sazişinin həyata keçirilməsi üçün infrastruktur İran və Rusiya danışıqlarında yüksək səviyyəli qarşılıqlı anlaşma sayəsində sürətli templə yaradılır.