Pressa.az » Dünya » Fransada lotereya oynayan şəxs səhv sayəsində 17 milyon avro udub

Fransada lotereya oynayan şəxs səhv sayəsində 17 milyon avro udub

03 fevral 2023, Cümə, 17:18
Fransada lotereya oynayan şəxs səhv sayəsində 17 milyon avro udub

Fransız gənc elektron biletin çəkiliş tarixini seçərkən səhv edərək lotereyada 17 milyon avro qazanıb.

Bu barədə Fransanın qumar oyunları tənzimləyicisi "Francaise des jeux" məlumat verib.

Məlumata əsasən, bu, yanvar ayında baş verib.

Qeyd olunur ki, internet vasitəsilə oynayan iştirakçı məqsədyönlü şəkildə “bəxtini ayın 13-ü, cümə günü sınamaq istəyib, lakin təsadüfən tarix seçərkən səhv edib və 14 yanvarı qeyd edib”.

İndi kimliyini açıqlanmayan Fransa sakini işini atıb bizneslə məşğul olmaq, ev almaq və səyahət etmək niyyətindədir.