Qəzza zolağında ölən fələstinlilərin sayı 18 787 nəfərə çatıb.
LiderXəbər xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, İsrail ordusunun 7 oktyabrdan indiyə qədər Qəzzada davam edən hərbi əməliyyatları nəticəsində ölənlərin təxminən 70 faizi qadın və uşaqlardır.
Həmçinin əlavə olunub ki, indiyə qədər 6 minə yaxın insan itkin düşüb, 50 897 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb və yaralananların böyük əksəriyyətinin vəziyyəti ağır qiymətləndirilir.
Xatırladaq ki, HAMAS təşkilatının İsrail ərazisinə raket zərbələri endirməsinə cavab olaraq 7 oktyabrda İsrail ordusu “Dəmir qılınclar” (“Iron swords”) əməliyyatına başladığını bəyan edib, hərbi əməliyyatlar 69-cu gündür ki, davam edir.