Pressa.az » Dünya » Kemeron: Putinin bu müharibəni uduzması çox vacibdir

Kemeron: Putinin bu müharibəni uduzması çox vacibdir

19 dekabr 2023, Çərşənbə axşamı, 17:29
Kemeron: Putinin bu müharibəni uduzması çox vacibdir

“Putinin bu müharibəni uduzması çox vacibdir”.

LiderXəbər xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron fransalı həmkarı Katrin Kolonna ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, Britaniya və Fransa Ukraynanın qətiyyətli tərəfdarıdır və nə qədər lazımdırsa, Ukraynanın yanında olacaqlar.

“Putinin uduzmasına nail olacağımızdan şübhəm yoxdur və onun məğlubiyyəti çox vacibdir”, - Kemeron bildirib.

"Biz Ukraynanı dəstəkləməkdə qətiyyətli olmalıyıq", - o əlavə edib.

Qərbin Ukrayna ilə bağlı siyasi kursunda qalmasının lazım olduğunu vurğulayan Devid Kemeron rus işğalına qarşı mübarizəni müxtəlif aktlardan ibarət tamaşa ilə müqayisə edib.

"Birinci hərəkət Rusiyanın işğalın ilkin mərhələsində öz məqsədlərinə çatmaqda heyrətləndirici uğursuzluğa düçar olması idi", - Britaniya xarici işlər naziri bildirib.

“İkinci, ukraynalıların rusları geri otuzdurmaqda göstərdiyi parlaq uğur idi... və əlbəttə ki, üçüncü hərəkət döyüş meydanında daha çətin oldu" - deyə o, Ukraynanın bu yay ciddi irəliləyişin əldə olunmadığı əks-hücumuna işarə edib.

Böyük Britaniyanın xarici işlər naziri əlavə edib ki, dördüncü pərdə hələ yazılmayıb: "Biz bunu doğru edəcəyimizə əmin olmalıyıq".