Pressa.az » Dünya » Makron Rusiya-Ukrayna müharibəsinə görə 20 Avropa liderini bir araya toplayır

Makron Rusiya-Ukrayna müharibəsinə görə 20 Avropa liderini bir araya toplayır

26 fevral 2024, Bazar ertəsi, 11:20
Makron Rusiya-Ukrayna müharibəsinə görə 20 Avropa liderini bir araya toplayır

Bu gün 20-yə yaxın avropalı lider Parisdə bir araya gələcək.

LiderXəbər xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makronun müşaviri bildirib.

Bildirilib ki, məqsəd Kremlin Rusiyanın Ukraynaya qarşı müharibədə qalib gəldiyi iddialarına qarşı çıxmaqdır.

"Son bir neçə həftə ərzində Rusiya təcavüzünün artması ilə əlaqədar təcili iclas çağırılır. Biz Putinə çox aydın siqnal göndərmək istəyirik ki, o, Ukraynada qalib gəlməyəcək. Məqsədimiz onun ideyasını məhv etməkdir", - Makronun müşaviri bildirib.