Makron Çinə səfər edəcək
Fransa Prezidenti Emmanuel Makron 5-7 apreldə Çinə işgüzar səfər edəcək.
LiderXəbər xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Səfərin Çin sədri Si Cinpinin dəvəti ilə baş tutacağı bildirilir.
Fransa mətbuatı yazır ki, Makron səfər zamanı Ukraynadakı münaqişəni müzakirə etmək və rəsmi Pekini Rusiyaya hərbi dəstək verməkdən çəkindirmək niyyətindədir.
Xatırladaq ki, daha əvvəl Makronun Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen ilə birlikdə Çinə səfər etməyi planlaşdırdığı bildirilirdi.
Oxşar Xəbərlər:
02 fevral 2023, Cümə axşamı
Azərbaycan və Rumıniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər