Yunanıstanın sonuncu kralı öldü
Yunanıstanın sonuncu kralı II Konstantin 82 yaşında dünyasını dəyişib.
LiderXəbər xarici mediaya istinadən xəbər verir ki, II Konstantin Afinada xəstəxanada vəfat edib. Keçmiş kralın ölümünə səbəb insult olub.
Qeyd olunur ki, II Konstantin son illər səhhəti ilə bağlı ciddi problemlər yaşayıb. Belə ki, o, ötən il də insult keçirib. II Konstantin 1964-cü ildən 1974-cü ilə qədər taxtda olub. 1974-cü ildə Yunanıstanda keçirilən referendum nəticəsində ölkədə monarxiya ləğv edilib.