Pressa.az » Ölkə » Bakıda 17 bina istiliksiz qalıb - Açıqlama

Bakıda 17 bina istiliksiz qalıb - Açıqlama

09 yanvar 2023, Bazar ertəsi, 12:32
Bakıda 17 bina istiliksiz qalıb - Açıqlama

Nizami rayonunda istilik xəttində baş verən axıntı nəticəsində 17 binanın istiliklə təminatında fasilə yaranıb. 

Bu barədə “Azəristiliktəchizat” ASC-nin Mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, yaxın saatlarda orada istilik bərpa olunacaq. 

Məlumata görə, bu gün səhər saat 06:00-dan 11:30-dək “Azəristiliktəchizat” ASC-nin Çağrı Mərkəzinə 60-dan çox müraciət daxil olub. Həmin müraciətlərin əksəriyyəti Nizami rayonundan olub.

“Digər ərazilərdən də müraciətlər daxil olur. Əməkdaşlarımız bayram günlərində olduğu kimi, bu cür hava şəraitində də gücləndirilmiş rejimdə işləyirlər. Qrafikə, havanın temperaturuna uyğun olaraq qazanxanalara istiliyin verilməsi artırılıb. Ümumilikdə istiliyin verilməsilə bağlı ciddi problem yoxdur, həm yaşayış həm də qeyri-yaşayış binalarına istiliyin verilməsi davam etdirilir”, - məlumatda deyilir