Antalyada kanat kabinələrindən biri düşüb, ölən və yaralananlar var
Antalyada hərəkət edən kanat kabinələrindən biri düşüb, hadisə nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb.
LiderXəbər-in Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə TRT Haber məlumat yayıb.
AFAD’dan verilən məlumata görə, hazırda 16 kabində qalan 128 nəfər təxliyə edilib, 8 kabinədə isə 43 nəfərin təxliyyə prosesi davam edir.