Pressa.az » Dünya » İran İsrailə PUA-larla hücuma başlayıb

İran İsrailə PUA-larla hücuma başlayıb

14 aprel 2024, Bazar günü, 01:56
İran İsrailə PUA-larla hücuma başlayıb

İran hərbi aviasiyası pilotsuz uçuş aparatları ilə İsrailə hücuma başlayıb.

LiderXəbər-in xəbərinə görə, bu barədə adıçəkilən ölkənin "KAN" radiosu məlumat yayıb.

İsrail rəsmiləri məlumatı təsdiqləyib.

İsrailin 12-ci kanalının məlumatına görə, Tel-Əviv yaxınlığındakı Ben Qurion hava limanı gecə üç saatlıq bağlanacaq.