Pressa.az » Dünya » Bryanskda Ukraynanın 4 PUA-sı vurulub

Bryanskda Ukraynanın 4 PUA-sı vurulub

25 oktyabr 2023, Çərşənbə, 10:18
Bryanskda Ukraynanın 4 PUA-sı vurulub

Bryansk vilayəti üzərində hava hücumundan müdafiə qüvvələri Ukraynanın 4 pilotsuz uçuş aparatını (PUA) məhv edib.

LiderXəbər TASS-a istinadən xəbər verir ki, bu barədə Bryansk vilayətinin başçısı Aleksandr Boqomaz öz “Telegram” kanalında məlumat verib.

"Ukraynalı terrorçuların PUA-dan istifadə etməklə hücum etmək cəhdinin qarşısı alınıb", - o yazıb.

Boqomaz əlavə edib ki, Rusiya hərbçiləri Bryansk vilayəti üzərində düşmənin dörd təyyarə tipli pilotsuz təyyarəsini vurmağa nail olub. Onun sözlərinə görə, tələfat və dağıntı olmayıb.