Zəlzələdə 105 nəfərin öldüyü binanın sahibi saxlanıldı
Türkiyədə baş verən zəlzələlərdə dağılan və 105 nəfərin öldüyü binanın sahibi 84 yaşlı Arif Sami Rende yenidən saxlanılıb.
LiderXəbər Türkiyə mətbuatına istinadən xəbər verir ki, bundan əvvəl Rende vəkillərinin etirazı ilə yaş həddi əsas götürülərək sərbəst buraxılmışdı.
Bu gün isə haqqındakı məlumatlar təsdiqini taparaq Hatayda tutulub.
Hazırda o, Əskişəhər həbsxanasında saxlanılır.
Oxşar Xəbərlər:
14 fevral 2023, Çərşənbə axşamı
Türkiyədə dağıntılar altında qalan azərbaycanlı tələbələrin hamısının meyiti tapılıb