Dominikanda keçirilən ümumi seçkilərdə səsvermə başa çatıb
Dominikan Respublikasında keçirilən prezident və parlament seçkilərində səsvermə başa çatıb.
LiderXəbər.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.Hazırda səslərin hesablanmasına başlanılıb.
İlk nəticələrin saat 20:30-dan sonra (Bakı vaxtı ilə 04:30) açıqlanacağı gözlənilir.
Prezidentlik uğrunda 9 namizəd mübarizə aparır.
Onlardan üçünün qalib gəlmək şansı daha böyükdür - hazırkı prezidenti Luis Abinader, eks-prezident Leonel Fernandes və Santyaqo Abel Martinez.
Bildirilib ki, səsvermə prosesi normal keçib, bəzi əyalətlərdə aşağı seçici fəallığı müşahidə olunub.
Prezidentlə yanaşı, Senatın (parlamentin yuxarı palatası) 32 üzvü, Mərkəzi Amerika parlamentinin 190 deputatı və 20 deputatına da seçki keçirilir.
Oxşar Xəbərlər:
02 fevral 2024, Cümə
Səbinə Əliyeva: Seçki günü Ombudsman Aparatına daxil olan müraciətlər araşdırılacaq
15 may 2023, Bazar ertəsi
Türkiyə MSK: "Səslərin 90 faizindən çoxu sayılıb, Ərdoğan 49,49 faizlə liderdir"