Pressa.az » Dünya » Yaponiyada 6 bal gücündə zəlzələ qeydə alınıb

Yaponiyada 6 bal gücündə zəlzələ qeydə alınıb

21 may 2024, Çərşənbə axşamı, 09:30
Yaponiyada 6 bal gücündə zəlzələ qeydə alınıb

Tokiodan 1,2 min km cənubda yerləşən Yaponiyanın Oqasavara adaları ərazisində 6,0 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Yaponiya Meteorologiya İdarəsi məlumat yayıb.

Yeraltı təkanların episentri Sakit okeanda, təxminən 2 min nəfər əhalisi olan Çiçicima adası yaxınlığında olub.

Zəlzələnin ocağı təxminən 50 km dərinlikdə yerləşib. Sunami təhlükəsi elan olunmayıb. Tələfat və dağıntılar barədə məlumat verilmir.