“300-ə yaxın “Boeing 777” defektə görə partlaya bilər”
“300-ə yaxın “Boeing 777” təyyarəsi yanacaq çənlərinin yaxınlığında elektrik naqillərindəki defektə görə partlaya bilər”.
Bu barədə məlumatı ABŞ-nin Mülki Aviasiya üzrə Federal İdarəsinin yazılı xəbərdarlığına istinadən “Daily Mail” qəzeti yayıb.
Sənəddə bildirilir ki, şirkətin bu modellərində qısa qapanma ilə bağlı problem təyyarənin qanadlarında yanacaq çənlərinin alışmasına və partlayışa səbəb ola bilər: “Aşkar olunan defekt 300-ə yaxın “Boeing” təyyarəsinin təhlükə altında ola biləcəyindən xəbər verir”.
KİV isə sözügedən təyyarələrdə yoxlanışların elektrik naqillərinin düzgün quraşdırılmamasını düşünməyə əsas verir. Qəzet yazır ki, nasazlıq vaxtında aradan qaldırılmazsa, daha sonradan partlayışa səbəb olacaq yanğın baş verə bilər.