COP29 qonaqları bu şəhərlərdə yerləşdiriləcək
“COP29 qonaqları üçün 70 oteldə 3500 otaq satışa çıxarılıb”.
Bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyi (DTA) sədrinin müavini Azadə Hüseynova deyib.
O bildirib ki, COP29 zamanı turistlərin kütləvi yerləşdiyi mekanlardan tədbir məkanına transfer təşkil olunacaq:
“Qonaqların yerləşməsi üçün ümumilikdə 70 otel 3500 otaq fondu satışa çıxarılıb. Bu, hələ ki, ilkin mərhələ üçün nəzərdə tutulan rəqəmlərdir. Növbəti günlərdə qonaqların rezervasiya aktivliyinə görə bu say artırıla da bilər. Yerləşmə əsasən Bakı, Sumqayıt və Abşeronda nəzərdə tutulub”, - deyə A.Hüseynova əlavə edib.
Oxşar Xəbərlər:
23 may 2024, Cümə axşamı
"Arxeoloji turizm və dayanıqlı idarəetmə" mövzusunda beynəlxalq konfrans işə başlayıb
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO
29 fevral 2024, Cümə axşamı
Martda havanın temperaturunun iqlim normasından bir qədər yüksək olacağı gözlənilir - AYLIQ PROQNOZ