Pressa.az » Dünya » İsrail Suriyaya zərbə endirib, ölən var

İsrail Suriyaya zərbə endirib, ölən var

12 may 2024, Bazar günü, 08:50
İsrail Suriyaya zərbə endirib, ölən var

İsrailin Aralıq dənizində yerləşən Baniyas şəhərinə endirdiyi raket zərbəsi nəticəsində azı bir uşaq ölüb, onlarla uşaq yaralanıb.

Bu barədə SANA agentliyi hərbi mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, İsrail yerli vaxtla saat 19:30 radələrində Livan ərazisindən şəhərin mərkəzi ərazisindəki obyektlərə, o cümlədən yaşayış binasına hava zərbəsi endirib.