Pressa.az » Dünya » İranın sabiq vitse-prezidenti seçkilərdə iştirak etmək üçün qeydiyyatdan keçib

İranın sabiq vitse-prezidenti seçkilərdə iştirak etmək üçün qeydiyyatdan keçib

03 iyun 2024, Bazar ertəsi, 13:44
İranın sabiq vitse-prezidenti seçkilərdə iştirak etmək üçün qeydiyyatdan keçib

İranın keçmiş vitse-prezidenti İshaq Cahangiri 14-cü prezident seçkilərində iştirak etmək üçün qeydiyyatdan keçib.

Liderxeber.az xəbər verir ki, Cahangiri 2021-ci ildə seçkilərdə iştirak etmək və İbrahim Rəisi ilə rəqabət aparmaq üçün qeydiyyatdan keçsə də, Keşikçilər Şurası onun namizədliyini təsdiq etməmişdi.  Bu gün İranda prezidentliyə namizədliyə iddiaçıların qeydə alınmasının son günüdür.
Bütün ehtimal olunan namizədlər 6 ekspert hüquqşünas və 6 din xadimindən ibarət nəzarət orqanı olan Keşikçilər Şurası tərəfindən yoxlanılmalıdır.

Keşikçilər Şurası növbədənkənar prezident seçkiləri üçün təsdiqlənmiş adların siyahısını iyunun 11-də açıqlayacaq.
 Qeyd edək ki, İran parlamentinin keçmiş üzvü Həmidə Zərabadi də bu gün prezidentliyə namizəd olmaq üçün qeydiyyatdan keçib.
 O, bu turda qeydiyyatdan keçən ikinci qadındır.
 Mühafizəkar deputat Zöhrə Elahian 14-cü prezident seçkilərində namizəd olmaq üçün qeydə alınan ilk qadındır.
 Namizədləri yoxlayan Keşikçilər Şurası heç vaxt bir qadının bu vəzifəyə namizədliyini təsdiq etməyib.