Pressa.az » Siyasət » Xaricdəki azərbaycanlılar Prezident İlham Əliyevin namizədliyini dəstəkləyir

Xaricdəki azərbaycanlılar Prezident İlham Əliyevin namizədliyini dəstəkləyir

31 yanvar 2024, Çərşənbə, 16:50
Xaricdəki azərbaycanlılar Prezident İlham Əliyevin namizədliyini dəstəkləyir

ABŞ, Kanada, Böyük Britaniya və Avstraliyada yaşayan soydaşlarımız 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar Prezident seçkiləri ilə bağlı mövqelərini açıqlayıblar.

LiderXəbər xəbər verir ki, Amerika Azərbaycanlıları Koordinasiya Şurasında birləşən diaspor təşkilatlarının bəyanatında bildirilib ki, Prezident İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmizi sürətlə inkişaf etdirərək, onu bölgənin lideri və söz sahibi olan, dünya birliyində öz layiqli yerini tutan, iqtisadi və hərbi gücü ilə öz problemlərini həll edən qüdrətli bir dövlətə çevirdi:

“Hörmətli Ali Baş Komandan, apardığınız müdrik siyasətin məntiqi nəticəsi kimi bu gün Azərbaycan dövləti tam olaraq ərazi bütövlüyünü bərpa etdi. Biz, Amerika azərbaycanlıları qarşıdan gələn növbədənkənar Prezident seçkilərində “Qalib Xalqın Qalib Lideri” şüarı altında Sizin yenidən qalib gələcəyinizə inanır, ölkə başçısı kimi fəaliyyətinizi uğurla davam etdirməyinizi arzulayırıq”.

Kanadanın York Universitetinin professoru Yulduz Rəhimov qeyd edib ki, Kanadada yaşayan Azərbaycan icması növbədənkənar Prezident seçkilərində İlham Heydər oğlu Əliyevin namizədliyini qətiyyətlə dəstəkləyir:

“İlham Əliyevin yüksək liderlik keyfiyyətləri, dövlət və xalq qarşısında misilsiz xidmətləri sayəsində ilk dəfə olaraq Prezident seçkiləri ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycan Respublikasında keçiriləcək. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi, İlham Əliyevin isə layiqincə davam etdirdiyi siyasi kursun nəticəsi olarag güclü Azərbaycan dövləti təkbaşına beynəlxalq təşkilatların illərlə həll yolunu tapa bilmədiyi Qarabağ nümaqişəsini “Dəmir yumruq” əməliyyatı ilə cəmi 44 günə reallığa çevirdi”.

Avstraliyanın Melburn şəhərində fəaliyyət göstərən Viktoriya Azərbaycan Mədəniyyət Assosiyasiyasının Prezident İlham Əliyevə müraciətində də onun namizədliyinə tam dəstək ifadə olunub. Müraciəti mərkəzin katibi Nira Elgart imzalayıb: “Vətənimizi yüksək səviyyəyə qaldıran, bizim də uzaq Avstraliyada alnı-açıq, üzü-ağ, qürur hissi ilə gəzməyimizin əsas səbəbkarı Sizsiniz, cənab Prezident! Azərbaycanımızı daha da inkişaf etməsini görmək məqsədilə səsvermə hüququ olan bütün Azərbaycan vətəndaşlarını 7 fevral 2024-cü il növbədənkənar prezident seckilərində Müzəffər Ali Baş Komandan İlham Əliyevin namizədliyini dəstəkləməyə dəvət edirik”.

“Vətənpərvər” Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyi və Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Ərəb ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Misirdəki koordinatoru Seymur Nəsirov da Misirdəki Azərbaycan diasporunun İlham Əliyevə tam dəstəyini ifadə edib:

“Dünyanın müxtəlif ölkələrində yaşayan bütün soydaşlarımızı, millətimizin adını qalib millətlər siyahısına qızıl hərflərlə yazan, ərazi bütövlüyümüzü təmin edən Liderimizin təbliğatında fəal olmağa dəvət edirik. Biz əminik ki, xalqımızın seçimi Müzəffər Ali Baş Komandan İlham Əliyev olacaq”.

Kanadanın Edmonton şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Cəmiyyətinin təsisçisi Fərhad Eyyubov qeyd edib ki, İlham Əliyevin arxasında onu sevən və dəstəkləyən on milyonlarla soydaşımız dayanıb:

“Bu tarixi günlərdə Sizin – Müzəffər Ali Baş Komandanımızın yanınızda olduğumuz üçün xüsusi qürur və şərəf hissi duyuruq. Sizinlə fəxr edir və sizi sevirik, cənab Prezident!”

Birləşmiş Krallıqda Güney Azərbaycanlıların Koordinasiya Bürosunun rəhbəri Savaş Mərəndli Böyük Britaniyada yaşayan Güney azərbaycanlılarının növbədənkənar prezident seçkilərində böyük millətimizin prezidentliyə namizədi İlham Əliyevin namizədliyini dəstəklədiyini bəyan edib:

“Qoy, Prezident kimi ali dövlət vəzifəsində bundan sonrakı fəaliyyətiniz müdriklik, mərhəmət və uğurlarla yadda qalsın! Əminəm ki, Sizin rəhbərliyinizlə xalqımız firavan yaşayacaq, ölkəmiz daha da çiçəklənəcək”.

Kanadanın Toronto şəhərində yaşayan diaspor fəalları İlqar və Pəri Məmmədovlar, Kvebek Azərbaycanlıları Assosiasiyasının fəal üzvü Kəmalə Əliyeva bu ölkədəki Azərbaycan icmasının birmənalı şəkildə İlham Heydər oğlu Əliyevin namizədliyini dəstəkləyəcəklərini vurğulayıblar

“Kanadada yaşayan azərbaycanlılar olaraq işğal altındakı Vətən torpaqlarını azadlığa qovuşdurduğunuz, tarixi ədaləti təmin edən Zəfərimizi bizə yaşatdığınız üçün Sizə dərin minnətdarlığımızı bildiririk. Vətənimizin müstəqilliyini, onun inkişafını və xalqımızın firavanlığını təmin edə biləcək yeganə namizəd Sizsiniz. İnanırıq ki, Sizin rəhbərliyinizlə Azərbaycan daha çox nailiyyətlərə imza atacaq. Əminik ki, Siz Azərbaycanı daha da qüdrətləndirəcək, onun gələcəyini daha parlaq edəcəksiniz”.