Pressa.az » Dünya » Hizbullahın atdığı raketlər İsrailin şimalında dəhşətli yanğına səbəb olub

Hizbullahın atdığı raketlər İsrailin şimalında dəhşətli yanğına səbəb olub

04 iyun 2024, Çərşənbə axşamı, 09:00
Hizbullahın atdığı raketlər İsrailin şimalında dəhşətli yanğına səbəb olub

llah təşkilatının Livan ərazisindən İsrailə atdığı raketlər İsrailin şimalında dəhşətli yanğına səbəb olub.

Liderxeber.az xəbər verir ki, artıq bir neçə saatdır davam edən və yaşayış məntəqələrinə yaxınlaşan yanğının qarşısını almaq hələ də mümkün olmayıb.

İsrail yanğınsöndürmə briqadaları yanğına havadan və qurudan müdaxiləni davam etdirir. Qabaqlayıcı tədbirlər çərçivəsində bir çox yaşayış məntəqəsi də tamamilə boşaldılıb. Qeyd edək ki, yanğınlar ölkənin şimalındakı Yuxarı Cəlil bölgəsində dağlıq ərazilərdə yayılıb.