Maduro: Venesuela və Türkiyə mühüm iqtisadə sahələr üzrə müqavilələr imzalayıb
Venesuela və Türkiyə neft-kimya, qızıl hasilatı, neft-qaz sənayesində əməkdaşlıq müqavilələri bağlayıblar.
Liderxeber.az“Venezolana de Television” telekanalına istinadən xəbər verir ki, bunu Bolivar Respublikasının Prezidenti Nikolas Maduro deyib.
"Biz Türkiyə ilə Venesuela arasında strateji layihələr və qarşılıqlı faydalı tərəfdaşlığı inkişaf etdiririk", - o, müqavilələrin imzalanması mərasimində bildirib.
Prezident "Yeni dünyanın formalaşması" və "Türkiyə və Venesuelanın birliyi" istiqamətində atılan addımlara işarə edib. Maduro "böyük qardaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla dostluğu" xatırladıb.
"Bu gün biz ammonyakın istehsalı üçün neft - kimya zavodunun tikintisi ilə bağlı sənədləri imzalayırıq", - Prezident qeyd edib. O, həmçinin digər müqaviləsinin bağlandığını bildirib.