Yaponiya ilə Ukrayna müdafiə sahəsində əməkdaşlıq edəcəklər
Yaponiya ilə Ukrayna arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq sazişi imzalanacaq.
Liderxeber.az xəbər verir ki, bu barədə Yaponiyanın NHK telekanalı xəbər yayıb.
Sözügedən razılaşma Ukraynanın silah-sursat və humanitar yardımla təchizatı, kəşfiyyat sahəsində dəstək, habelə yaralı əsgərlərin Yaponiya ərazisində müalicəsini nəzərdə tutur. Sənədləri Ukrayna prezidenti Vladimir Zelenski ilə Yaponiyanın baş naziri Fumio Kişida İtaliyada keçiriləcək “G7” sammitində təsdiqləyəcəklər.
Oxşar Xəbərlər:
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO
25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI