Pressa.az » Dünya » Zelenski: Yeni HHM sistemlərinin tədarükü ilə bağlı razılaşmalar əldə olunub

Zelenski: Yeni HHM sistemlərinin tədarükü ilə bağlı razılaşmalar əldə olunub

09 iyun 2024, Bazar günü, 08:34
Zelenski: Yeni HHM sistemlərinin tədarükü ilə bağlı razılaşmalar əldə olunub

Prezident Volodimir Zelenski Ukraynaya yeni hava hücumundan müdafiə sistemlərinin (HHM) tədarükü ilə bağlı razılaşmaların əldə olunduğunu açıqlayıb.

Liderxeber.az xəbər verir ki, bu barədə o, “Telegram” kanalında yazıb. “Artıq tərəfdaşlarla Ukrayna üçün əlavə hava hücumundan müdafiə sistemləri ilə bağlı razılaşmalar var”, - Zelenski vurğulayıb.

Onun sözlərinə görə, HHM sistemlərinin bir hissəsi yaxın gələcəkdə, digər hissəsi isə payızda ölkəyə gətiriləcək.