Pressa.az » Dünya » Alyans Ukraynaya maliyyə və hərbi dəstəyi artıracaq

Alyans Ukraynaya maliyyə və hərbi dəstəyi artıracaq

18 iyun 2024, Çərşənbə axşamı, 10:11
Alyans Ukraynaya maliyyə və hərbi dəstəyi artıracaq

NATO-nun Vaşinqtonda keçiriləcək sammitində iştirakçılar Ukraynaya maliyyə və hərbi dəstəyi artırmaq barədə razılığa gələcəklər.

Liderxeber.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Amerika Prezidenti Co Baydenlə görüşündə deyib.

“Gözləyirəm ki, gələn ay görüşəndə ​​müttəfiqlər Ukraynaya maliyyə və hərbi dəstəyi artırmağa razılaşacaqlar,” – Stoltenberq vurğulayıb.

Onun sözlərinə görə, bu, ABŞ-nin yükünü azaltmaq üçün ediləcək.