Mark Rutte NATO-nun Baş katibi seçilib

Niderlandın Baş naziri Mark Rutte NATO-nun Baş katibi seçilib.
Liderxeber.az-a istinadən xəbər verir ki, NATO müttəfiqləri Niderlandın Baş naziri Mark Rutteni NATO-nun növbəti rəhbəri seçiblər.
Ruttenin bu vəzifəyə yeganə rəqibi olan Rumıniya prezidenti Klaus İohannis keçən həftə namizədliyini geri götürdüyünü elan etdikdən sonra onun təyinatı rəsmiləşib.
Rutte bu postda hazırkı Baş katib Yens Stoltenberqi əvəz edəcək. Xatırladaq ki, Stoltenberqin səlahiyyət müddəti oktyabrda başa çatır.
Oxşar Xəbərlər:

07 noyabr 2023, Çərşənbə axşamı
Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM

02 fevral 2023, Cümə axşamı
Azərbaycan və Rumıniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

18 mart 2024, Bazar ertəsi
Ceyhun Bayramov və NATO Baş katibi Ermənistanla normallaşma prosesini müzakirə edib