Pressa.az » Dünya » Rekord istilərlə bağlı Moskva sakinlərinə xəbərdarlıq edildi

Rekord istilərlə bağlı Moskva sakinlərinə xəbərdarlıq edildi

01 iyul 2024, Bazar ertəsi, 09:57
Rekord istilərlə bağlı Moskva sakinlərinə xəbərdarlıq edildi

Bu gündən Moskvada anomal istilər müşahidə edilməyə başlayacaq.

Liderxeber.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiyanın Hidrometeorologiya Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, termometrlər gün ərzində +33 dərəcəyə çatacaq.

Külək cənub-qərb istiqamətində 4-9 metr/saniyə güclənəcək. Atmosfer təzyiqi 745 millimetr civə sütunu təşkil edəcək. İyulun 2-nə keçən gecə havanın temperaturu +19-a enəcək.