Pressa.az » Ölkə » Yeni il bayramında gözlənilən hava şəraiti açıqlanıb

Yeni il bayramında gözlənilən hava şəraiti açıqlanıb

29 dekabr 2023, Cümə, 16:25
Yeni il bayramında gözlənilən hava şəraiti açıqlanıb

Bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən LiderXəbər-ə verilən xəbərə görə, dekabrın 31-də Bakıda və Abşeron yarımadasında havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi üstünlük təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında yanvarın 1-də gecə və səhər arabir güclənən şimal küləyi əsəcək. Havanın temperaturu gecə 5-9, gündüz 11-16 dərəcə isti olacaq.

Qarabağ və Şərqi Zəngəzurda 31 dekabrda havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12°, bəzi yerlərdə 16° isti olacaq.

Balakən-Şəki bölgəsində dekabrın 31-də havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda arabir duman olacaq. Mülayim qərb küləyi gündüz arabir 15-18 m/s. olacaq. Havanın temperaturu gecə 0-5, gündüz 11-16 isti olacaq. Dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacaq.

Lənkəran-Astara bölgəsində dekabrın 31-də havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda arabir duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın tempraturu 3-8, gündüz 11-16 dərəcə isti olacaq. Dağlarda gecə 0-3, gündüz 6-11 dərəcə isti olacaq.

Mərkəzi Aran bölgəsində 31 dekabrda havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3 dərəcəyədək isti, gündüz 13-18° isti olacaq.

Qazax-Gəncə bölgəsində 31 dekabrda havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda arabir duman olacaq. Mülayim qərb küləyi gündüz arabir 15-18 m/s olacaq. Havanın temperaturu gecə 1-6° isti, gündüz 10-15° isti olacaq.

Naxçıvan Muxtar Respublikasında 31 dekabrda havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda arabir duman olacaq. Zəif qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 11-16° isti olacaq.


Oxşar Xəbərlər:

Sabah Bakıda 25° isti olacaq
13 aprel 2023, Cümə axşamı
Sabah Bakıda 25° isti olacaq
Sabah Bakı və Abşeronda hava yağmursuz olacaq
14 noyabr 2023, Çərşənbə axşamı
Sabah Bakı və Abşeronda hava yağmursuz olacaq
Sulu qar və qar yağacaq
23 fevral 2023, Cümə axşamı
Sulu qar və qar yağacaq