Pressa.az » Dünya » Ərdoğan millini təbrik etdi

Ərdoğan millini təbrik etdi

03 iyul 2024, Çərşənbə, 09:09
Ərdoğan millini təbrik etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin milli komandasını Avro-2024-ün 1/4 finalına adlaması münasibəti ilə təbrik edib.

Türkiyə yığması bu gecə 1/8 finalda Avstriyanı mübarizədən kənarlaşdırıb (2:1) və növbəti mərhələyə yüksəlib. 

R.T.Ərdoğan isə oyundan sonra sosial şəbəkə hesablarında paylaşım edib və bunları yazıb:

“Avropa çempionatında Avstriyaya qalib gələn və 1/4 finala yüksələn futbol komandamızı ürəkdən təbrik edirəm. Komandaya çempionluq yolunda uğurlar arzulayıram”.

Qeyd edək ki, Türkiyə millisi 1/4 finalda Niderlandla üz-üzə gələcək. İyulun 6-da keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.