Pressa.az » İdman » Hacı Əliyev Avropa çempionatında qızıl medal qazanıb

Hacı Əliyev Avropa çempionatında qızıl medal qazanıb

19 aprel 2023, Çərşənbə, 01:06
Hacı Əliyev Avropa çempionatında qızıl medal qazanıb

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında bu gün Azərbaycanın sərbəst güləş millisi 2 qızıl, 1 gümüş medal qazanıb.

LiderXəbər xəbər verir ki, Maqomedxan Maqomedov 97 kq çəki dərəcəsində gürcüstanlı Givi Matçaraşvili ilə finalda üz-üzə gəlib. O, 3:4 hesabı ilə məğlub olub və ikinci yeri tutub.

* * *

Sərbəst güləş üzrə Azərbaycan millisinin lideri Hacı Əliyev Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

70 kq çəki dərəcəsində çıxış edən idmançı finalda bolqarıstanlı Ramazan Ramazanova 10:3 hesabı ilə qalib gəlib.

Bununla da Əliyev karyerasında 4-cü dəfə Avropa çempionu titulunu qazanıb və Azərbaycan güləş tarixinə düşüb. O, Azərbaycanın 4 dəfə Avropa çempionu olan ilk sərbəst güləşçisidir. 

* * *

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında Azərbaycanın sərbəst güləş yığması ilk medalını qazanıb.

Əliabbas Rzazadə 57 kq çəki dərəcəsində qitə birinciliyinin qalibi olub.

O, finalda türkiyəli Süleyman Atlıya vaxtından əvvəl 12:2 hesabı ilə qalib gəlib. Bu, Rzazadənin karyerasında ilk Avropa çempionluğudur. 

Əli Rəhimzadə isə 65 kq çəki dərəcəsində bürünc medal uğrunda görüşdə Ukrayna təmsilçisi Erik Aruşanyana 6:7 hesabı ilə məğlub olub.

* * *

Xorvatiyanın paytaxtı Zaqrebdədəki güləş üzrə Avropa çempionatı davam edir.

LiderXəbər xəbər verir ki, bu gün Azərbaycanın daha beş güləşçisi mübarizəyə başlayıb.

92 kq-dakı Osman Nurmaqomedov 1/4 finalda Filip Finesilverə (İsrail) qalib gəlib. Yarımfinalda Ermak Kardanovu (Slovakiya) məğlub edən güləşçimiz aprelin 19-da qızıl medal uğrunda görüşə çıxacaq.

86 kq-dakı Abubakr Abakarov eyni raundda Dauren Kuruqliyevə (Yunanıstan) məğlub olub.

61 kq-dakı İntiqam Vəlizadə təsnifatda Taras Markoviçə (Ukrayna) uduzub. Rəqibi növbəti görüşdə məğlub olduğu üçün Vəlizadə medal şansını itirib.

74 kq-dakı Cəbrayıl Qadjiyev Simon Markla (Avstriya) qalib gəlsə də, Frank Çamisoyla (İtaliya) bacarmayıb.

125 kq-dakı Georgi Meşvildişvili Gennadi Kudinoviçə (Almaniya) qalib gəlsə də, Taha Akgülünə (Türkiyə) uduzub.

Cəbrayıl Qadjiyev, Abubakr Abakarov və Georgi Meşvildişvili bürünc medal şanslarını davam etdirir. Onlar sabah təsəlliverici görüşə qatılacaqlar.

Qeyd edək ki, Avropa çempionatı aprelin 23-də başa çatacaq.