Pressa.az » Dünya » Venesuela ABŞ ilə münasibətləri yaxşılaşdırmaq üçün çalışmağa hazırdır

Venesuela ABŞ ilə münasibətləri yaxşılaşdırmaq üçün çalışmağa hazırdır

04 iyul 2024, Cümə axşamı, 09:30
Venesuela ABŞ ilə münasibətləri yaxşılaşdırmaq üçün çalışmağa hazırdır

Venesuela və ABŞ hökumətləri iki ölkə arasındakı münasibətləri yaxşılaşdırmaq, hörmətli və konstruktiv şəkildə danışıqlar aparmaq üçün birlikdə çalışmağa hazırdırlar.

Liderxeber.az xəbər verir ki, bu barədə Venesuela hökumətinin maraqlarını ABŞ ilə danışıqlarda təmsil edən Milli Assambleyanın (parlamentin) sədri Xorxe Rodriqes “X” sosial şəbəkəsindəki səhifəsində bildirib.

O bildirib ki, virtual rejimdə keçirilən ilk görüşdən sonra ABŞ nümayəndə heyəti ilə iki razılaşma əldə olunub. "Birincisi, hər iki hökumətin etimad yaratmaq və münasibətləri yaxşılaşdırmaq üçün birlikdə işləmək istəyi, ikincisi, hörmətli və konstruktiv şəkildə əlaqə saxlamaq", - Rodriqes vurğulayıb.

O, Venesuela tərəfinin dialoqun Qətərdə razılaşdırılanlarla məhdudlaşmalı olduğunu, qarşılıqlı etimadın və hökumətlər arasındakı münasibətlərin daha da bərpası üçün öz müqəddəratını təyinetmə, suverenlik prinsiplərinə hörmət olunmasında israr etdiyini bildirib.

Aprel ayında Venesuela Prezidenti Nikolas Maduro Qətərdəki danışıqlarda ölkəsinə qarşı tətbiq olunan bütün qanunsuz və cinayət sanksiyalarının ləğvi məsələsi olan müqavilələr bağlandığını və imzalandığını söyləyib.

Venesuela Prezidenti Nikolas Maduronun ötən bazar ertəsi elan etdiyi ABŞ ilə danışıqlarda Miranda ştatının qubernatoru Hector Rodriqes də iştirak edib.