Pressa.az » Dünya » Moskva sakinlərinə yaxın günlərlə bağlı xəbərdarlıq edildi

Moskva sakinlərinə yaxın günlərlə bağlı xəbərdarlıq edildi

10 iyul 2024, Çərşənbə, 11:20
Moskva sakinlərinə yaxın günlərlə bağlı xəbərdarlıq edildi

Yaxın günlərdə Moskvada istilərin yeni piki gözlənilir.

Liderxeber.az xəbər verir ki, bunu proqnoz mərkəzinin rəhbəri Aleksandr Şuvalov NEWS.ru-ya müsahibəsində bildirib. Onun sözlərinə görə, hələ çərşənbə günü, iyulun 10-da havanın temperaturu 25-27 dərəcədən yuxarı qalxmayacaq, lakin sonra yenidən yüksəlməyə başlayacaq.

"Moskvada hava pisləşməyəcək, amma daha az isti olacaq. Külək şimala, bəlkə də şimal-şərqə doğru dəyişəcək. Bu səbəbdən iyulun 10-da havanın temperaturu artıq 25-27 dərəcədən yuxarı qalxmayacaq, sonra yenidən yüksələcək. Hər gün temperatur bir dərəcə artacaq və artıq həftə sonu termometr yenidən 30-31 dərəcə Selsi göstərəcək. Bu göstəricilər normadan 2-4 dərəcə yuxarıdır”, - Şuvalov qeyd edib.

Meteoroloqun sözlərinə görə, həftəsonu Mosakvada yüngül külək güclənəcək və kifayət qədər yüksək təzyiq olacaq. Lakin həftənin sonuna qədər yağıntı gözlənilmir. Şuvalov vurğulayıb ki, bu hava şəraiti ilə əlaqədar Moskva vilayətinin meşələrində yanğın təhlükəsi yüksələ bilər.