Pressa.az » Dünya » Qəzzada son sutkada 81 mülki şəxs həyatını itirib

Qəzzada son sutkada 81 mülki şəxs həyatını itirib

18 iyul 2024, Cümə axşamı, 09:56
Qəzzada son sutkada 81 mülki şəxs həyatını itirib

İsrailin Qəzza zolağının mərkəzinə endirdiyi zərbələr nəticəsində son 24 saat ərzində ən azı 81 fələstinli həlak olub.

Liderxeber.az xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı məlumat verib.

Məlumatda qeyd olunub ki, hərbçilərin hədəfi Fələstinli qaçqınlara yardım və işlərin təşkili üzrə BMT-nin Yaxın Şərq Agentliyinin yaşayış binaları və müvəqqəti yerləşdirmə mərkəzləri olub.

Hələlik İsrail tərəfi məlumatı şərh etməyib.