Pressa.az » Dünya » Siyarto: Brüsseldəki bürokratlar Gürcüstanın Aİ-yə qoşulmasını mümkünsüz etmək istəyir

Siyarto: Brüsseldəki bürokratlar Gürcüstanın Aİ-yə qoşulmasını mümkünsüz etmək istəyir

19 iyul 2024, Cümə, 18:06
Siyarto: Brüsseldəki bürokratlar Gürcüstanın Aİ-yə qoşulmasını mümkünsüz etmək istəyir

Müharibəyönümlü siyasətçilər Gürcüstanın Avropa İttifaqına (Aİ) qoşulmasını mümkünsüz etmək istəyirlər.

Liderxeber.az-ın Gürcüstan bürosu xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto Budapeştdə səfərdə olan gürcüstanlı həmkarı İliya Darçiaşvili ilə görüşdən sonra birgə mətbuat konfransında deyib.

"Avropa İttifaqı (Aİ) Gürcüstanın ona qoşulmaq istəməsinə sevinməlidir və Brüssel Gürcüstanın mümkün qədər tez böyük Avropa ailəsinin üzvü olması üçün hər şeyi etməlidir. Biz isə görürük ki, müharibə tərəfdarı olan siyasətçilər və Brüsseldəki bürokratlar Gürcüstanın Avropaya uğurla inteqrasiya etməsini mümkünsüz etmək istəyirlər”, - nazir deyib.

Siyarto Gürcüstan hökumətinin xarici təsirə və təbliğata qarşı uğurlu müqavimət göstərdiyini, Buna görə də Brüssel tərəfindən cəzalandırıldığını əlavə edib.

“Gürcüstanın ailələri, ənənəvi ailə modelini mühafizə edən hökuməti var və bununla bağlı qanun qəbul edilib. Ona görə də Brüssel siyasi və maliyyə cərimələri tətbiq edib. Brüssel öz mahnısına rəqs etməyənləri, müharibəyə və gender təbliğatına qarşı olanları sevmir”, - Siyarto deyib.