Pressa.az » Dünya » Maduro prezident seçkilərində qalib gəlib

Maduro prezident seçkilərində qalib gəlib

29 iyul 2024, Bazar ertəsi, 09:22
Maduro prezident seçkilərində qalib gəlib

Maduro Venesuelada keçirilən prezident seçkilərində qalib gəlib.

Liderxeber.az TASS-a istinadən xəbər verir ki, Milli Seçki Şurası səslərin 80%-ni hesablayıb.

Milli Seçki Şurası Maduronun Venesuelada keçirilən prezident seçkilərində 51,2% səslə qalib gəldiyini açıqlayıb.

Maduronun seçki qərargahının rəhbəri, parlamentin spikeri Xorxe Rodriges səsvermədə iştirak etdikləri üçün vətəndaşlara minnətdarlığını bildirib.

“Sizə ürəkdən təşəkkür edirik. Yekun nəticələri açıqlaya bilməsək də, üzümüzü sizə göstərə bilərik. Bu qələbə bizim hamımızındır və gələcəyimiz üçün əsas olacaqdır. Təbii ki, biz milli seçki şurasının nəticələrini gözləməliyik, çünki biz ölkəmizin qanunlarına və Venesuela Bolivar Respublikasının Konstitusiyasına hörmət edirik”, - Rodriges bildirib.