Pressa.az » Dünya » Türkiyə və Ermənistan rəsmiləri qarşılıqlı viza prosedurlarını asanlaşdırmaq barədə razılığa gəliblər

Türkiyə və Ermənistan rəsmiləri qarşılıqlı viza prosedurlarını asanlaşdırmaq barədə razılığa gəliblər

30 iyul 2024, Çərşənbə axşamı, 16:06
Türkiyə və Ermənistan rəsmiləri qarşılıqlı viza prosedurlarını asanlaşdırmaq barədə razılığa gəliblər

Türkiyə və Ermənistan rəsmiləri diplomatik pasport sahibləri üçün qarşılıqlı viza prosedurlarını asanlaşdırmaq barədə razılığa gəliblər.

Liderxeber.az xəbər verir ki, bu barədə Türkiyə-Ermənistan normallaşma prosesi üzrə xüsusi nümayəndələrin görüşündə razılıq əldə edilib.

Bundan başqa, tərəflər həmçinin, Akyaka/Axurik dəmir yolu sərhəd qapısının regional inkişaflara uyğun olaraq istifadəyə veriləcəyi təqdirdə tələb olunacaq texniki ehtiyacları qiymətləndirmək barədə razılıq əldə edib.

Xatırladaq ki, xüsusi nümayəndələrin görüşü həm Ermənistan, həm dəı Türkiyə ərazisində keçirilib.

Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin görüşü sərhədin Türkiyə tərəfində davam etdirilir.

Liderxeber.az bu barədə "Sputnik" Ermənistana istinadən xəbər verir.

Qeyd olunur ki, görüşdən əvvəl Ruben Rubinyanla Serdar Kılıç təmir edilmiş Marqara keçid məntəqəsini gəziblər.