Pressa.az » Dünya » İranın yeni seçilən Prezidenti and içib

İranın yeni seçilən Prezidenti and içib

30 iyul 2024, Çərşənbə axşamı, 17:17
İranın yeni seçilən Prezidenti and içib

İranın yeni seçilən Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi Tehranda parlamentin binasında keçirilib.

Liderxeber.az xəbər verir ki, məlumatı İran KİV-i yayıb.

Bildirilib ki, təntənəli andiçmə mərasimində 80 dövlətdən rəsmi qonaqlar iştirak edib.

İran konstitusiyasının 121-ci maddəsinə əsasən, Məsud Pezeşkian parlament üzvləri, Konstitusiya Keşikçiləri Şurasının üzvləri və məhkəmə hakimiyyəti başçısını qarşısında and içib.