KİV: Haniyə ya Tehran, ya da Dohada dəfn olunacaq
HAMAS-nı siyasi qanadının lideri İsmayıl Haniyənin dəfn mərasimi ilə bağlı ziddiyyətli məlumatlar gəlməkdə davam edir.
Liderxeber.az xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl-Hədət" telekanalı onun son illər yaşadığı Qətər paytaxtı Dohada dəfn ediləcəyini bildirib.
İranın "Tasnim" agentliyi isə İsmayıl Haniyənin sabah Tehranda dəfn olunacağı ilə bağlı məlumat yayıb.
Xatırladaq ki, HAMAS lideri gecə saatlarında Tehranda hücum nəticəsində öldürülüb.