İran HƏMAS liderinin Tehranda öldürülməsinə münasibət bildirib
İran Xarici İşlər Nazirliyi (XİN) HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə münasibət bildirib.
Liderxeber.az xəbər verir ki, bu barədə İran XİN-dən bildirilib.
Qeyd olunub ki, Tehran bu hadisənin təfərrüatlarını və aspektlərini araşdırmaqda davam edir.
Vurğulanıb ki, İ.Haniyənin ölümü İran və Fələstin arasında dərin və ayrılmaz əlaqələri daha da möhkəmləndirəcək.
Xatırladaq ki, İ.Haniyə iyulun 31-də Tehranda öldürülüb. O, İranın yeni prezidenti Məsud Pezaşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana getmişdi.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
31 iyul 2024, Çərşənbə
HƏMAS İsmayıl Həniyyənin İsrailin hücumu nəticəsində öldürüldüyünü açıqlayıb - YENİLƏNİB