Avropa ölkələrində 430 uşaq ukraynalı ailələrin əlindən alınıb
Ukrayna Milli Sosial Xidməti hesab edir ki, Avropa ölkələrində ukraynalı ailələrdən 430 uşaq götürülüb.
Liderxeber.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu, qurumun mətbuata açıqlamasında öz əksini tapıb.
Qeyd olunur ki, belə halların 122-si Almaniyada, 39-u Polşada, 20-si isə Norveç və İspaniyada qeydə alınıb.
Xidmətin rəhbəri Vasili Lutsik izah edib ki, uşaqların ailələrdən alınmasına səbəb Avropa ölkəsinin qanunvericiliyini bilməməsi və ya təhsilə fərqli yanaşma ola bilər.
O məsələni izah edərkən bunları deyib: "Məsələn, uşağı küçədə ucadan danlayanda, məsələn, on yaşından kiçik uşağı məktəbə göndərəndə, bu, Ukraynada adətdir, lakin bir çox Avropa ölkəsində isə qadağandır".
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
30 may 2024, Cümə axşamı
Aİ-dən 150-dən çox ailəyə hörmətsizlik - əfv sərəncamına kölgə salmaq cəhdi - ŞƏRH
03 iyun 2024, Bazar ertəsi
Makronun avantürası – fransızlar Ukraynaya ordu göndərilməsinə qarşıdırlar - ŞƏRH
17 iyul 2024, Çərşənbə
“Azyaşlını nəzarətsiz qoyub deyirlər ki, uşaq mənimdir, özüm bilərəm” – AÇIQLAMA