Pressa.az » Dünya » KİV: İranın İsrailə hücum etməyi planlaşdırdığı tarix açıqlanıb

KİV: İranın İsrailə hücum etməyi planlaşdırdığı tarix açıqlanıb

04 avqust 2024, Bazar günü, 09:22
KİV: İranın İsrailə hücum etməyi planlaşdırdığı tarix açıqlanıb

İran 12-13 avqust tarixlərində – yəhudi xalqının fəlakəti günü olan Tişa-Beavda İsrailə hücum etməyi planlaşdırır.

Liderxeber.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” yazıb.

Nəşr yazıb ki, “Sky News Arabia”nın Qərb kəşfiyyatındakı mənbələrinin İranın avqustun 12-si və 13-nə təsadüf edən Tişa-Beav günündə İsrailə hücum etməyi planlaşdırdığına dair sübutlarının olduğunu bildiriblər. İranın hücumu Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəisi İsmayıl Həniyənin öldürülməsinə cavab olaraq gerçəkləşdiriləcək.

Həmçinin qeyd olunub ki, İranın hücumu, ehtimal ki, İranın dəstəklədiyi və Livanda yerləşdirilmiş “Hizbullah” ilə əlaqələndiriləcək.

Bundan əlavə, vurğulanıb ki, müqəddəs matəm günündə İsrailə hücum israillilərin emosional və psixoloji vəziyyətinə təsir göstərə bilər.

Qeyd edək ki, Tişa-Beav yəhudi təqvimində ən hüznlü günlərdən biri hesab olunur. Bu, Birinci və İkinci Yerusəlim məbədlərinin dağıdılmasının xatirəsinə həsr olunmuş milli matəm günüdür.