Pressa.az » Dünya » Financial Times: ABŞ Türkiyəyə Rusiyaya hərbi ixracatın nəticələri barədə xəbərdarlıq edib

Financial Times: ABŞ Türkiyəyə Rusiyaya hərbi ixracatın nəticələri barədə xəbərdarlıq edib

07 avqust 2024, Çərşənbə, 13:23
Financial Times: ABŞ Türkiyəyə Rusiyaya hərbi ixracatın nəticələri barədə xəbərdarlıq edib

Vaşinqton Türkiyəyə xəbərdarlıq edib ki, əgər ölkə Rusiyaya Ukraynada apardığı müharibə üçün həyati əhəmiyyət kəsb edən ABŞ-a aid hərbi texnikanın ixracını məhdudlaşdırmasa, bunun Türkiyə üçün nəticələri olacaq.

Liderxeber.az xəbər verir ki, bu barədə "Financial Times" yazıb..

Xəbərə görə, ABŞ-ın ticarət katibinin köməkçisi Metyu Akselrod qeyri-qanuni ticarəti dayandırmaq səyləri çərçivəsində bu yaxınlarda Ankara və İstanbulda hökumət rəsmiləri ilə görüşüb. Ticarət departamentinin yüksək rütbəli rəsmisinin sözlərinə görə, onun mesajı ondan ibarət olub ki, Türkiyə Amerika mənşəli çiplər və Moskvanın Ukraynadakı müharibəsində əsas rol oynayan digər hissələrin ticarətini məhdudlaşdırmaq üçün daha çox çalışmalıdır.

"Türkiyə bizə ABŞ texnologiyalarının Rusiyaya qeyri-qanuni axınının qarşısını almağa kömək etməsi üçün lazımdır. Türkiyə səlahiyyətliləri və sənayesi tərəfindən sürətli irəliləyiş görməliyik, əks halda ixrac nəzarətimizdən yayınanlara qarşı nəticələr tətbiq etməkdən başqa çarəmiz qalmayacaq", o, "Financial Times"ə açıqlamasında deyib.

Qeyd olunub ki, Vaşinqtonun xəbərdarlığı Türkiyənin Rusiya ilə ticarət əlaqələrini saxlamaq qərarının iki NATO müttəfiqi arasında münasibətləri necə korladığının son əlamətidir.

"ABŞ, Aİ və digər Qərb tərəfdaşları 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı tam miqyaslı işğalçı müharibəyə başlamasından bəri Rusiyaya qarşı geniş sanksiyalar tətbiq edib, lakin Türkiyə bu sanksiyakara qoşulmayıb. ABŞ Türkiyənin Qərb istehsalı olan elektronikanın, o cümlədən prosessorlar, yaddaş kartları və gücləndiricilərin ixrac nəzarətini pozaraq Rusiya göndərilməsi üçün əsas mərkəzə çevrilməsindən xüsusilə narahatdır", - məlumatda deyilir.