İsrail ordusu ölkənin şimalının atəşə tutulduğunu bildirib
İsrail hərbçiləri Livan ərazisindən ölkənin şimal ərazilərinin yenidən atəşə tutulduğunu qeydə alıblar.
Liderxeber.az-ın məlumatına görə, bu barədə ordunun mətbuat xidməti xəbər yayıb.
Məlumata görə, Livanla sərhəd yaxınlığında yerləşən Ərəb əl-Aramşe qəsəbəsinin ərazisi atəşə tutulub. Mərmilər açıq ərazilərə düşüb və itkilər barədə məlumat yoxdur.