Pressa.az » Dünya » 16456 uşaq Qəzza müharibəsinin qurbanı olub

16456 uşaq Qəzza müharibəsinin qurbanı olub

12 avqust 2024, Bazar ertəsi, 16:00
16456 uşaq Qəzza müharibəsinin qurbanı olub

Qəzzadakı media ofisi Qəzzada gedən müharibənin 311-ci günündə ölənlərin statistikasını açıqlayıb.

Liderxeber.az bu barədə xarici mətbuata istinadla xəbər verir. Məlumata görə, İsrail ordusunun həyata keçirdiyi 3486 hücumda 16456-sı uşaq, 11088-i qadın olmaqla 39897 nəfər həlak olub.

Həmçinin bildirilib ki, İsrailin zərbələri nəticəsində azı 885 tibb işçisi, 168 jurnalist və 79 mülki müdafiə əməkdaşı həlak olub.