İsrail-HAMAS danışıqlarının növbəti raundunun tarixi məlum olub
Qəzza üzrə danışıqların növbəti mərhələsi avqustun 15-də Qətərdə baş tutacaq.
Liderxeber.az TASS-a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahunun Ofisinin müşaviri Dmitri Gendelman deyib.
O bildirib ki, İsrailin nümayəndə heyətinə MOSSAD-ın direktoru David Barnea başçılıq edəcək.
Avqustun 9-da Misir və Qətərin dövlət başçıları birgə bəyanatla tərəfləri atəşkəs müzakirələrini bərpa etməyə çağırıb. Onlar həmçinin yekun razılaşmanın mətnini hazırlamağı da öhdələrinə götürüb.
Qeyd edək ki, ötən il noyabrın sonunda Misir və Qətərin vasitəçiliyi ilə bir həftə davam edən humanitar atəşkəs nəticəsində 100-dən çox girov İsrail tərəfinə təhvil verilib.
Son məlumata görə, Fələstin silahlıları 115 nəfəri Qəzzada girovluqda saxlayır.