Pressa.az » Dünya » İki hərbi təyyarə qəzaya uğradı

İki hərbi təyyarə qəzaya uğradı

14 avqust 2024, Çərşənbə, 16:28
İki hərbi təyyarə qəzaya uğradı

Fransanın şimal-şərq hissəsində Hərbi Hava Qüvvələrinə məxsus “Mirage” markalı iki qırıcı təyyarə qəzaya uğrayıb.

Liderxeber.az xəbər verir ki, bu barədə “L'Est Republican” nəşri internet səhifəsində məlumat verib.

Fransa Hərbi Hava Qüvvələrinin Baş Qərargahından verilən məlumatda deyilir ki, hazırda ərazidə axtarış-xilasetmə işləri aparılır.