Pressa.az » Dünya » Almaniyada nəqliyyat işçilərinin kütləvi tətili başlayıb

Almaniyada nəqliyyat işçilərinin kütləvi tətili başlayıb

27 mart 2023, Bazar ertəsi, 13:12
Almaniyada nəqliyyat işçilərinin kütləvi tətili başlayıb

Almaniyada nəqliyyat işçilərinin kütləvi tətili başlayıb.

LiderXəbər xəbər verir ki, bu barədə yerli “Bild” nəşri məlumat yayıb.

Tətildə ümumilikdə 350 mindən çox insanın iştirak edəcəyi gözlənilir və etiraz aksiyası xəbərdarlıq məqsədilə keçirildiyi üçün bir gün davam edəcək.

Nəşr qeyd edib ki, aksiya iştirakçılarının tələbi olduqca sadədir – onlar fəaliyyət sahəsindən asılı olaraq əmək haqqının 10-12 faiz (orta hesabla 500-650 avro) artımı tələbi ilə çıxış edir.

Bildirilib ki, artıq Hamburq, Hannover, Dortmund, Drezden, Düsseldorf, Leypsiq, Münhen, Nürnberq, Frankfurt-Mayn, Ştutqart hava limanlarında demək olar ki, bütün reyslər ləğv edilib.

Ölkənin ən iri dəmiryolu konserni olan “Deutsche Bahn” bütün ölkə üzrə uzun məsafəli reyslərdə qatarların hərəkətini dayandırıb və şəhərətrafı qatarların əksəriyyəti fəaliyyət göstərməyəcək.

Həmçinin, Almaniyanın 7 vilayətində ictimai nəqliyyatın bir hissəsinin hərəkəti dayandırılıb.