Pressa.az » Dünya » Ukrayna Rusiyanın ən böyük limanını partlatdı

Ukrayna Rusiyanın ən böyük limanını partlatdı

23 avqust 2024, Cümə, 07:53
Ukrayna Rusiyanın ən böyük limanını partlatdı

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Krasnodar şəhərində Taman yarımadasındakı “Kavkaz” limanına raket hücumu edib.

Liderxeber.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Qeyd olunub ki, “Neptun” raketləri onlarla yanacaq çəni olan bərəni vurub və genişmiqyaslı yanğın başlayıb. Ruslar Kerç körpüsünü bağlayaraq Sevastopolda dəniz sərnişin nəqliyyatının hərəkətini dayandırıblar. Məlumata görə, raket hücumu zamanı ərazidə 30-dan çox yanacaq çəni olub. Ərazidə 3-cü dərəcəli yanğın təhlükəsi elan edilib.

Ukrayna Silahlı Qüvvələrinin “Kavkaz” limanına hücumundan sonra 19 nəfər itkin düşüb.Hücumundan sonra itkin düşən 19 nəfərdən 17-si xilas edilib. İki nəfərdən isə hələ də xəbər yoxdur.