İsrail Mahmud Abbasın Qəzzaya səfərinə razı olmadı
İsrail Fələstin Prezidenti Mahmud Abbasın Qəzza zolağına səfər etməsinə razı olmayıb.
Liderxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fələstin Prezidentinin beynəlxalq əlaqələr üzrə müşaviri və onun xüsusi nümayəndəsi, nazir Riyad əl-Maliki bildirib.
“Biz icazə istəmədik. Prezidentin Qəzzaya gedəcəyini bildirdik. Daha sonra İsrailin cavabı gəldi və bildirildi ki, onlar Prezident Mahmud Abbasın Qəzzaya girməsinə icazə verməyəcəklər”, - məlumatda deyilir.
Qeyd edək ki, bundan əvvəl Abbasın Qəzza zolağına səfər etmək niyyətində olduğu xəbəri yayılmışdı.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
07 noyabr 2023, Çərşənbə axşamı
Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO